Art
Montrödə Azərbaycanın incəsənət nümayəndələrinin iştirakı ilə qala konsert keçirildi
Xəbər verdiyimiz kimi, İsveçrədə keçirilən “Septembre Musical Montreux–Vevey” festivalı çərçivəsində Azərbaycan mədəniyyətinin geniş proqramla təqdimatı davam edir.
Publika.az xəbər verir ki, bu il dünyaşöhrətli festivalın 80 illik yubileyi qeyd olunur. Ölkəmizin yubiley festivalında fəxri qonaq olması Azərbaycan mədəniyyətinin beynəlxalq aləmdə təbliğatı baxımından xüsusilə əlamətdardır.
Sentyabrın 14-də Montrö şəhərinin məşhur “Auditorium Stravinski” səhnəsində Azərbaycan incəsənət nümayəndələrinin iştirakı ilə qala konsert keçirilib. İki hissədən ibarət proqram Ü.Hacıbəylinin “Koroğlu” operasından “Uvertüra” ilə açılıb. Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri Fuad İbrahimovun dirijorluğu ilə dahi bəstəkətin bu əbədiyaşar sənət incisini böyük şövqlə ifa edib. Sonra orkestrin ifasında Q.Qarayevin “Yeddi gözəl” baletindən “Vals”, A.Əlizadənin “Cəngi”, F.Əmirovun “Azərbaycan kapriççiosu”, Niyazinin “Konsert valsı” və A.Məlikovun “Məhəbbət əfsanəsi” baletindən “Türk qızlarının rəqsi” səsləndirilib.
Gecədə Alim Qasımov “Qaragilə”, Fəqan Ələsgərov (balaban) və Mədinə Şahgəldiyeva (kamança) isə “Sarı gəlin” Azərbaycan xalq mahnılarını ifa ediblər. Azərbaycan Dövlət Rəqs Ansamblı isə Eldar Mansurovun “Odlar yurdu” rəqsini və “Uzundərə” Azərbaycan xalq rəqsini təqdim edib.
Solistlər – Samir Cəfərov (tenor) Ü.Hacıbəylinin “Sevgili canan”, Murad Hüseynov (fortepiano) F.Əmirovun “Min bir gecə” baletindən “Şəhrizadın şənliyi”, Yusif Eyvazov (tenor) F.Əmirovun “Sevil” operasından “Balaşın ariyası”, Afaq Abbasova (soprano) Niyazinin “Arzu”, Ceyla Seyidova və Elvin Hoca Qəniyev (skripka) Niyazinin “Rast” simfonik muğamı, Elmina Həsənova (mezzo-soprano) F.Əmirovun “Sevil” operasından “Dilbərin ariyası”, Əhəd Ağayev (xanəndə) “Bayatı-Şiraz” muğamı, Sevda Ələkbərzadə İ.Sarabskinin “Caz kompozisiyası” (müşayiət: İ.Sarabski – fortepiano və Ş.İmanov – tar), Elmina Həsənova və Samir Cəfərov Ü.Hacıbəylinin “Arşın mal alan” operettasından Gülnaz və Əsgərin dueti, Şəhriyar İmanov H.Rzayevin “Çahargah rapsodiyası”, Yusif Eyvazov və Afaq Abbasova T.Quliyevin “Bakı haqqında mahnı” əsərlərini ifa ediblər.
Qala konsert bütün solistlərin birgə ifasında M.Maqomayevin məşhur “Azərbaycan” mahnısının ifası ilə başa çatıb.
Musiqi mədəniyyətimizin təntənəsinin yaşandığı gecə tamaşaçılara unudulmaz anlar bəxş edib.
Ansambl, orkestr və solistlərin hərarətli ifası müxtəlif ölkələrdən olan sənətsevərlərə Azərbaycan mədəniyyətinin zənginliyini nümayiş etdirib.
Konsert proqramı böyük maraq və alqışlarla qarşılanıb.
-
Region12:00Ermənistanda MTX binasına “Molotov kokteyli” atan şəxs Paşinyana “qohum” çıxdı
-
Sosial10:42Nazir sinfə girdi, birincilərin reaksiyası diqqət çəkdi - VİDEO
-
Dünya10:12Trampın oğlunun toyunda "Rusiya sirri" - Putinin yaxın dostu nə hədiyyə edib?
-
Nida Xəbər 09:45XİN: Bakının azad edilməsi...
-
Dünya09:36Moskvadan İrəvana Brüssel xəbərdarlığı: Yüksək qiymət ödənilməlidir
-
Nəqliyyat08:55Bakıda 18 istiqamətdə tıxac yarandı - Siyahı/Yeniləndi
-
Nida Xəbər 08:49Azərbaycanın bu ərazisində yeni şəhər yaradıla bilər - “İkinci paytaxt”
-
İqtisadi gündəm07:35Daşınmaz əmlak bazarında yeni vəziyyət - Payızda qiymətlər necə dəyişəcək?







.jpg)



.jpg)



.jpg)








.jpg)















