Art
Ordubadda “Cənnətin iqamətgahı” filminin premyerası keçirildi - FOTO
Ordubad şəhərinin qədim tarixi, zəngin mədəni irsi və özünəməxsus etnoqrafik xüsusiyyətlərini əks etdirən “Cənnətin iqamətgahı” sənədli-musiqili-etnoqrafik filminin yerli premyerası keçirilib.
Publika.az xəbər verir ki, sentyabrın 17-də Ordubad Şəhər Mədəniyyət Sarayında keçirilən təqdimat mərasimində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin, Ordubad Rayon İcra Hakimiyyətinin, “Azernyumedia” şirkətinin nümayəndələri, mədəniyyət xadimləri, yaradıcı heyət, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Təqdimat mərasimində Ordubad Rayon İcra Hakimiyyətinin başçısı Nurlan Hacıyev, Əməkdar jurnalist, Real Təhlil İnformasiya Mərkəzinin direktoru və filmin media məsləhətçisi Mir Şahin Ağayev, Milli Məclisin deputatı Vüqar Rəhimzadə, Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev çıxış edərək filmin əhəmiyyətindən, Ordubadın milli mədəni irsinin təbliğində bu cür layihələrin rolundan danışıblar.
Çıxışlarda “Cənnətin iqamətgahı” filminin ərsəyə gəlməsində Ordubadın tarixi-mədəni irsinin, qədim şəhər mühitinin və bölgənin özünəməxsus adət-ənənələrinin əsas ilham mənbələrindən biri olduğu vurğulanıb. Qeyd olunub ki, filmin çəkilişləri Ordubad şəhərinin qədim küçələrində, eləcə də rayonun müxtəlif kəndlərində aparılıb. Layihə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi, İCESCO-nun Bakı Regional Ofisinin tərəfdaşlığı və Real Təhlil İnformasiya Mərkəzinin informasiya tərəfdaşlığı ilə həyata keçirilib.
Tədbirdə İSESCO-nun Bakı Regional Ofisinin rəhbəri doktor Əbdül Hakeem Farhad Al-Senanın videomüraciəti də nümayiş etdirilib. Daha sonra “Cənnətin iqamətgahı” sənədli-musiqili-etnoqrafik filminin ssenari müəllifi, quruluşçu rejissoru və prodüseri, “Real Təhlil İnformasiya Mərkəzi”nin Proqram departamentinin rəhbəri, “Azernyumedia” şirkətinin direktoru, Avropa Kino Akademiyasının üzvü Kamran Qasımov çıxış edib. O, filmin hazırlanması prosesindən və yaradıcı heyətin qarşısında dayanan əsas məqsədlərdən söz açıb.
Çıxışlardan sonra filmin yaradıcı heyəti təqdim olunub və ekran əsərinin tam versiyası tamaşaçılara nümayiş etdirilib.
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Avropa13:20Keçmiş xarici işlər nazirindən proqnoz: Avropa yeni müharibəyə doğru irəliləyir
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Sosial12:07Agentlik sədri gənc xanıma vəzifə verdi - FOTO
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu

























.jpg)





.jpg)




