Art
İçərişəhərdə “Milli Geyimlər Günü” qeyd olundu - FOTO
İçərişəhərdə “Milli Geyimlər Günü” çərçivəsində Azərbaycan geyim mədəniyyətinin müxtəlif dövrlərini, regional xüsusiyyətlərini və müasir inkişaf istiqamətlərini əks etdirən geniş mədəni proqram təşkil olunub.
Publika.az xəbər verir ki, Bakı Fotoqrafiya Evi, Qoşa Qala meydanı və Şirvanşahlar Sarayı Kompleksini əhatə edən tədbir proqramında sərgilər, elmi-praktik seminarlar, milli rəqslər, tarixi və müasir geyim kolleksiyalarının nümayişi, ustad dərsləri və digər mədəni tədbirlər təqdim edilib.
Günün ilk proqramı Bakı Fotoqrafiya Evində keçirilən elmi-praktik seminarlarla başlayıb. Seminarlarda Azərbaycan geyim mədəniyyətinin tarixi inkişafı, Səfəvi irsi, milli geyimlərin formalaşması və onların etnoqrafik xüsusiyyətləri barədə məlumat verilib. Günay Çapay, Aytən Əsədova və Günel Rəhimlinin çıxışlarında Azərbaycan milli geyimlərinin müxtəlif elmi və tarixi aspektləri diqqətə çatdırılıb.
Seminarların ardınca “Bir əsrin insanları” sərgisinin təqdimatı keçirilib.
Qoşa Qala meydanında Azərbaycan milli geyimlərinin təqdim olunduğu geniş sərgi təşkil edilib. Ziyarətçilərə “Tağıyev” filmində istifadə olunmuş tarixi geyim nümunələri, eləcə də filmin əks etdirdiyi dövrün geyim xüsusiyyətlərini təqdim edən kolleksiya nümayiş etdirilib.
Meydanda milli rəqslərin ifası, etnogeyim və musiqi təqdimatları, həmçinin İçərişəhər sakinlərinin iştirakı ilə milli geyim nümayişi keçirilib.
Tədbir çərçivəsində yerli dizaynerlərin kolleksiyaları da təqdim olunub. Mehriban Xəlilzadə, Nərgiz Surxayeva və Günay Həsənovanın şəxsi kolleksiyalarının nümayişi ilə yanaşı, kəlağayının hazırlanması və istehsalı prosesi göstərilib, “Araxçının məndədir” adlı ustad dərsi keçirilib. Azərbaycan Dövlət Uşaq Filarmoniyasının şagirdlərinin ifasında milli rəqslər təqdim olunub.
“Milli Geyimlər Günü”nün proqramı axşam saatlarında Şirvanşahlar Sarayı Kompleksində davam edib. Burada protokol yürüşü və açılış nitqindən sonra folklor ansamblının çıxışı, milli rəqslər və müxtəlif geyim kolleksiyalarının nümayişi keçirilib.
Tanınmış modelyer-dizayner, milli geyimlərin təbliği sahəsində fəaliyyət göstərən Gülnarə Xəlilovanın milli geyim kolleksiyası, həmçinin Gülzadə Abdulovanın “Keçmişdən bu günə” kolleksiyası təqdim olunub.
Mərasimdə xarici ölkələrin nümayəndə heyətlərinin təqdim etdiyi dünya xalqlarının geyim və rəqs nümunələri də nümayiş etdirilib.
Tədbir “Bakı Nəfəsi” multimedia tamaşası ilə yekunlaşıb.
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj

































