Art
“Arşın mal alan” operettası Xankəndidə nümayiş olundu - FOTO
20 sentyabr — Xankəndi Şəhəri Günü münasibətilə Lənkəran Dövlət Dram Teatrının təqdimatında Ü.Hacıbəylinin “Arşın mal alan” operettası nümayiş olunub.
Publika.az xəbər verir ki, Üzeyir bəyin bənzərsiz sənət yadigarı Xankəndi Mədəniyyət Mərkəzində təqdim edilib.
Tamaşanın quruluşçu rejissoru Azərbaycanın Əməkdar mədəniyyət işçisi, Dağıstanın (RF) Əməkdar artisti Laləzər Hüseynova, rejissoru Emil Əskərov, quruluşçu rəssamı Fuad Hüseynov, rəssamı Sevən Həsənlidir.
Rolları Saleh Əzimzadə, Aynur Əhmədova, Səyad Əliyev, Teymur Hacızadə, Əbülfəz Axundov, Vəfa Hacızadə, Ayşən Əsədova, Məleykə Cəfərova, Təranə Fərəcova, Aysel Babazadə, Şəbnəm Hüseynova ifa ediblər.
Bir əsrdən artıqdır şöhrəti dünyanı dolaşan operetta tamaşaçılar tərəfindən maraq və alqışlarla qarşılanıb.
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj

































