Art
Açıq havada opera tamaşaları və konsertlərin yeni ünvanı - Foto
Üzeyir Hacıbəyli XVIII Beynəlxalq Musiqi Festivalı çərçivəsində Binə Atçılıq Mərkəzinin ərazisində “Yeni qala” adlı konsert kompleksinin açılışı olub.
Publika.az xəbər verir ki, sentyabrın 17-də təşkil olunan tədbirdə rəsmilər və tanınmış incəsənət nümayəndələri iştirak ediblər.
Qeyd olunub ki, milli memarlıq elementlərini və müasir texniki vasitələri birləşdirən kompleks açıq havada opera tamaşalarının, konsertlərin və digər tədbirlərin təşkili üçün geniş imkanlar yaradır.
Açılış mərasimində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı kollektivinin iştirakı ilə geniş konsert proqramı təqdim olunub.
Konsertdə Xalq artisti Yusif Eyvazov, Əməkdar artistlər Afaq Abbasova, Anton Ferştandt, solistlər Atəş Qarayev, Aytac Şıxəlizadə, eləcə də teatrın orkestri və xoru Mustafa Mehmandarovun dirijorluğu ilə çıxış edib.
Süvari keçidi ilə başlayan bədii proqramda müxtəlif janrlarda ümumilikdə 13 musiqi nömrəsi səsləndirilib.
Musiqi və atçılıq ənənələrini birləşdirən konsert tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj

































