Art
Avropanın tarixi irsi təhlükədə - UNESCO abidələrinin 43%-i risk altındadır
İqlim dəyişikliyi Avropanın mədəni irsini də ciddi təhlükə qarşısında qoyur. Araşdırmaya görə, Avropadakı UNESCO Dünya İrsi obyektlərinin təxminən 43 faizi ekstremal hava hadisələri, daşqınlar və dəniz səviyyəsinin yüksəlməsi səbəbindən yüksək risk altındadır.
Publika.az xəbər verir ki, bu barədə “The Conversation” yazıb.
Bildirilir ki, təhlükə təkcə Venesiya kimi məşhur tarixi məkanları deyil, həmçinin kilsələrdə, kitabxanalarda, kiçik muzeylərdə və yerli kolleksiyalarda qorunan sənət əsərlərini də əhatə edir. Artan rütubət, kif, temperatur dəyişiklikləri, turşu yağışları, yanğınlar, daşqınlar və torpaq sürüşmələri rəsm və freskalara zərər vura bilər.
Fransanın Luvr muzeyi mümkün daşqınların qarşısını almaq məqsədilə təxminən 250 min sənət əsərini ölkənin şimalındakı Lyeven şəhərində yerləşən anbara köçürür.
İqlim dəyişiklikləri musiqi irsinə də təsir göstərir. Skripka istehsalında istifadə olunan Val-di-Fyemme bölgəsinin ladin ağacları temperaturun yüksəlməsi və zərərvericilərin yayılması səbəbindən təzyiq altındadır.
Araşdırmaya əsasən, Venesiyada su basması hallarının artması 2100-cü ilə qədər “La Fenice” opera teatrının normal fəaliyyətini mümkünsüz edə bilər. London, Reykyavik, Hamburq və Amsterdamdakı bəzi iri mədəniyyət obyektlərinin də oxşar risklərlə üzləşdiyi qeyd olunur.
Tədqiqat müəllifləri bildirirlər ki, mədəni irsin qorunması hələ mümkündür, lakin bunun üçün tədbirlərin görülməsinə ayrılan vaxt getdikcə azalır.
Müəllif: Adəm
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj

































