Art
Mədəniyyət naziri Adil Kərimli Naxçıvan şəhərində vətəndaşları qəbul etdi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən şəhər və rayonlarda keçirilən vətəndaş qəbulları davam edir.
Publika.az xəbər verir ki, Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimli tərəfindən sentyabrın 24-də Naxçıvan şəhərində növbəti vətəndaş qəbulu keçirilib.
Əvvəlcə nazir Ümummilli Liderin Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyinin qarşısında ucaldılmış abidəsi önünə tər çiçək dəstəsi qoyaraq əziz xatirəsini ehtiramla yad edib.
Sonra memar Əcəmi Naxçıvaninin 900 illik yubileyi münasibətilə şəhərin “Əcəmi seyrangahı” istirahət kompleksində qoyulmuş heykəli də ziyarət edilib. Qeyd edək ki, abidə bu ilin 11 avqust tarixində Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə açılıb.
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində keçirilən qəbulda Naxçıvan şəhəri ilə yanaşı, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarından olan vətəndaşlar iştirak ediblər.
Vətəndaşların müraciətləri əsasən məşğulluq, mədəniyyət sahəsi ilə bağlı layihə və təkliflər, iş yerinin dəyişdirilməsi və digər məsələlərlə bağlı olub.
Mədəniyyət naziri vətəndaşların xahiş və təkliflərini dinləyib, diqqətə çatdırılan hər bir məsələnin operativ şəkildə araşdırılması, qanunvericiliyə uyğun həlli ilə bağlı addımlar atılacağını bildirib.
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj

































