Art
Adil Kərimli Tacikistanın Baş naziri ilə Milli Xalça Muzeyini ziyarət etdi - FOTO
Azərbaycanın mədəniyyət naziri Adil Kərimli Azərbaycanda səfərdə olan Tacikistanın Baş naziri Koxir Rasulzodanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Azərbaycan Milli Xalça Muzeyini ziyarət edib.
Bu barədə Publika.az-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Bildirilib ki, muzeyin direktoru Əminə Məlikova qonaqlara xalqımızın qədim xalçaçılıq sənəti, onun tarixi, bugünkü inkişaf istiqamətləri, həmçinin muzeyin yaradılması və fəaliyyəti haqqında ətraflı məlumat verib.
O, Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın səyləri sayəsində milli xalçaçılıq sənətinin 2010-cu il noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edildiyini vurğulayıb.
Ə. Məlikova ötən ilin sentyabr ayında Milli Xalça Muzeyində Tacikistan Milli Muzeyinin kolleksiyasından tacik tikməsinin nadir nümunələrinin, xüsusən süzənilərin yer aldığı sərginin keçirildiyini söyləyib. Bu cür sərgilərin iki ölkə arasında mədəni dialoqun inkişafına mühüm töhfə vermək məqsədi daşıdığını diqqətə çatdırıb.
Azərbaycanın zəngin milli-mədəni irsi ilə tanışlıq qonaqlarda xoş təəssürat yaradıb.
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj

































