Art
“Orient express – Vyanadan Bakıya” adlı konsert proqramı təqdim olundu - Foto
Heydər Əliyev Fondu və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XVIII Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı çərçivəsində sentyabrın 26-da Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında “Orient express – Vyanadan Bakıya” adlı konsert proqramı təqdim olunub.
Publika.az xəbər verir ki, avstriyalı dirijor, bəstəkar və aranjimançı Markus Geiselhartın rəhbərliyi və Estrada-simfonik orkestrinin müşayiəti ilə gerçəkləşən konsertdə müasir orkestr cazı, improvizasiya və milli musiqi çalarları bir araya gətirilərək dinləyicilərə Vyanadan Bakıya uzanan özünəməxsus musiqi səyahəti yaşadıb.
Gecədə M.Geiselhartın əsərləri ilə yanaşı, Rafiq Babayev, Rauf Hacıyev və digər Azərbaycan bəstəkarlarının, eləcə də xarici ölkə bəstəkarlarının əsərləri səsləndirilib.
Konsertdə Azad Quliyev (solo alt saksofon, Əməkdar artist), Firudin Həmidov (solo trumpet), Atabəy İsmayılov (solo tar), Hakim Abdullayev (solo zurna və tütək), Afşin Əlizadə, Elbəy Məmmədzadə və Əli Cəfərzadə (solo fortepiano) və Fəxri Kazım-Nicat (vokal) çıxış ediblər.
Tamaşaçılara unudulmaz anlar bəxş edən konsert proqramı alqışlarla qarşılanıb.
-
ABŞ04:30ABŞ bu ölkədən bəzi dövlət qulluqçularını təxliyə edir
-
Qoroskop01:20Günün ulduz falı: tənqidlərlə üzləşməli olacaqsız...
-
İdman21 Oktyabr 21:00Məlumat sızdı: “Qızıl top” bu futbolçuya veriləcək?
-
Rəsmi xronika21 Oktyabr 19:40Ərdoğan İlham Əliyevə zəng etdi
-
ABŞ21 Oktyabr 19:20Tramp Azərbaycanda müzakirə olunan qanun layihəsini ABŞ-da tətbiq etdi
-
Nida Xəbər 21 Oktyabr 18:50Azərbaycana qarşı danışan Saral mafiya lideri imiş - Dosye
-
Rəsmi xronika21 Oktyabr 17:09“Azıx-Tağlar Arxeoloji Parkı” Dövlət Qoruğu yaradıldı
-
Region21 Oktyabr 16:38Ermənistanla Azərbaycan arasında sərhəddə nə baş verir? - Mirzoyandan diqqətçəkən mesaj

































