Art
Şekspirin gizli əməkdaşlığı üzə çıxdı - “III Eduard” pyesinin müəllifi kimdir?
Uilyam Şekspirin “III Eduard” pyesinin əsas müəllifi olduğu, əsərin isə onun rəqibi sayılan şair və dramaturq Kristofer Marlonun iştirakı ilə yazıldığı müəyyən edilib.
Publika.az xəbər verir ki, bu qənaətə erkən yeni dövr ədəbiyyatı üzrə tədqiqatçı Rori Lonqneyn gəlib. Onun sözlərinə görə, Şekspirin müəllifliyi “bütün ağlabatan şübhələrdən kənar” təsdiqlənib.
1596-cı ildə anonim nəşr olunan pyesin müəllifliyi uzun müddət mübahisə mövzusu olub. Lonqneyn 2016-cı ildə əsərin ən azı iki səhnəsinin Şekspir tərəfindən yazıldığını ehtimal etsə də, əlavə araşdırmalara ehtiyac olduğunu bildirmişdi.
Sonradan tədqiqatçı Lids Universitetinin professoru Bret Qreytli-Hirşlə birlikdə kompüter vasitəsilə mətn təhlili aparıb. XVI əsrin sonlarında yaşamış 10 dramaturqun əsərləri ilə müqayisə zamanı 23 mətn parçası Şekspirə, doqquzu isə Marloya aid edilib. Nəticələr Şekspirin əsas müəllif, Marlonun isə həmmüəllif olduğunu göstərib.
Tədqiqatçılar hesab edirlər ki, bu nəticə iki dramaturqun münasibətləri barədə təsəvvürləri dəyişir. Onlar yalnız rəqib olmayıb, eyni zamanda yaradıcılıq sahəsində əməkdaşlıq ediblər.
2016-cı ildə aparılan başqa bir araşdırmada da Marlonun Şekspirin VI Henrix haqqında üç pyesinin yazılmasında iştirak etdiyi irəli sürülmüşdü. Yeni nəticələr dramaturqların 1590-cı illərin əvvəlləri və ortalarında birgə işləyə biləcəyini göstərir.
Araşdırmanın nəticələri "Shakespeare Quarterly" jurnalının qış buraxılışında dərc olunacaq. Lonqneynin Şekspirin 30 yaşlarında yaradıcılığına həsr etdiyi "Shakespeare at Thirty" kitabı da həmin gün işıq üzü görüb.
Müəllif: Adəm
-
Sosial13:26Vüsal Aslanova yeni müavin təyin olundu
-
Rəsmi xronika12:20Bu yaşayış məntəqələrinin adları dəyişdirildi
-
Nida Xəbər 12:18Paşinyan sülh müqaviləsi ilə bağlı dediklərini dandı: Təxirə salmaq olmaz
-
Nida Xəbər 12:02Milli Məclis bəyanat yaydı: Fransadakı kütləvi etirazlar zamanı...
-
Dünya11:54“Dünyanın sonu”na sayılı günlər qalıb? - 13 noyabr iddiasının elmi izahı
-
Dünya10:54Netanyahu orduya və "Mossad"a əmr verdi: İranda rejim devrilməlidir
-
Region10:42Erməni nazirlər Zəngəzur dəhlizinə görə Sünikə gəldilər - Tikinti başlayır?
-
Nida Xəbər 09:34Ermənistan Yaşar Qasımovu Azərbaycana qaytarır: Sərhədi necə keçib?
























.jpg)













