Art
“Mədəniyyət mərkəzdə: ortaq gələcəyə etibarlı yollar” mövzusunda plenar sessiya təşkil olundu - FOTO
Oktyabrın 27-də Heydər Əliyev Mərkəzində VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində “Mədəniyyət mərkəzdə: “SECURE” ilə ortaq gələcəyə etibarlı yollar” mövzusunda plenar sessiya keçirilib.
Publika.az xəbər verir ki, Mədəniyyət nazirinin müavini Fərid Cəfərovun moderatorluğu ilə keçirilən sessiyada mədəni irsin bərpası, mədəniyyət mərkəzli dirçəliş, mədəni müxtəlifliyin qorunması və davamlı inkişafın təşviqi məsələləri müzakirə olunub.
Sessiyada BMT-nin Sivilizasiyalar Alyansının ali nümayəndəsi Migel Anxel Moratinos,
ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov və başqaları çıxış edərək mövzu ilə bağlı fikirlərini bölüşüblər.
Tədbirdə mədəni irsin bərpasında autentikliyin, keyfiyyətin və yerli icmaların iştirakının təmin olunması, mədəniyyətin davamlı inkişaf və sülhə töhfəsinin artırılması, eləcə də beynəlxalq təcrübə və bilik mübadiləsinin genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.
Çıxışlardan sonra ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik təşkilatın İslam İrsi Siyahısına salınmış Ağdamın "İmarət" Tarix-Memarlıq Muzey-Kompleksi və Şuşa Şəhəri Dövlət Tarix-Memarlıq Qoruğu ilə bağlı sertifikatları Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynova təqdim edib.
Sessiya çərçivəsində həmçinin mədəni irs nümunələrinin və icma əsaslı dirçəliş təşəbbüslərinin təqdim olunduğu videoçarx nümayiş etdirilib.
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?















.jpg)




.jpg)


















