Fransada Pikassonun oğurlanmış 6 əsəri tapıldı - 7 nəfər saxlanıldı
Bizi izləyin

Art

Fransada Pikassonun oğurlanmış 6 əsəri tapıldı - 7 nəfər saxlanıldı

Fransada Pikassonun oğurlanmış 6 əsəri tapıldı - 7 nəfər saxlanıldı

Fransada məşhur rəssam Pablo Pikassonun əsərlərinin oğurlanması ilə bağlı aparılan əməliyyat nəticəsində altı qravürü tapılıb. Bununla əlaqədar olaraq yeddi nəfər şübhəli saxlanılıb.

Publika.az xəbər verir ki, bu barədə “Ici” radiostansiyası məlumat yayıb.

Məlumata görə, oğurluq hadisəsi Fransanın cənubunda, Kann şəhərinin yaxınlığında yerləşən Mujen kəndindəki "L’Amandier de Mougins" restoranında baş verib. Naməlum şəxslər Pikassonun altı qravürünü ələ keçiriblər.

Jandarmeriya hadisə ilə bağlı araşdırmalara oktyabrın əvvəlində başlayıb. Hüquq-mühafizə orqanları bir sıra əməliyyatlar keçirərək oğurlanmış bütün əsərlərin yerini müəyyənləşdirib və hadisədə şübhəli bilinən yeddi nəfəri saxlayıb.

Qeyd edək ki, Pablo Pikasso ömrünün son illərini Fransanın cənubunda keçirib.

Müəllif: Adəm

Oxumağa davam et
Reklam
Reklam

Gündəm