Art
Niyaməddin Musayevdən maraqlı etiraf
Xalq artisti Niyaməddin Musayev illər əvvəlki qeyri-adi geyim tərzi ilə bağlı maraqlı xatirəsini bölüşüb.
Publika.az xəbər verir ki, sənətçi bu barədə "Qonaqcanlı" proqramında danışıb:
"O vaxtlar platformalı ayaqqabıları, trapez şalvarları dəbə təzə-təzə mən gətirmişəm. Qeyri-adi geyimlər idi, seçilirdi. Geyinmişəm, boğazımda boyunbağı, biləyimdə qolbaq, əynimdə maraqlı köynək, əlimdə isə qaval... Toyxanaya gedəndə əvvəlcə aşpazlar mənə baxıb güldülər. Tarzən Əhsən Dadaşova dedim ki, "Gördün, demişdim ki, məni bura gətirmə". Cavab verdi ki, "Sən narahat olma".
Toy sahibi gəlib bizi qarşıladı və getdik yemək yedik. Toya girəndə gördüm ki, məclisin ucu-bucağı görünmür. Toyxanada hamı mənə baxıb "Bu nədir?" deyirdi. Oturduq. Bir kişi ayağa qalxıb bizə tərəf gəldi və əllilik qoydu. O vaxt Bakı camaatı musiqiçilərə yaxşı pullar xərcləyirdi. Əhsənlə danışmağa başladı. Dedi ki, "Əhsən, bir "Humayun" səslənsin". Əhsən dilləndi ki, "Oxumağı ilə?" Kişi isə "Bu oxuyacaq?" deyə soruşdu. Əhsən cavab verdi ki, "Bu yox, Niyaməddin Musayev, məşhur oxuyandır. Əlbəttə, o oxuyacaq". Soruşdu ki, qəzəllər kimdən olacaq? Dedim "Ay kişi, üzünü mənə çevir və danış. Əhsən müəllimlə niyə danışırsan? Mən oxuyacağam. Qəzəllər klassik olacaq, Seyid Əzim Şirvaninin, Füzulinin, Vahidin qəzəlləri.
Muğam ifaçıları "Humayun"a başlayanda əvvəlcə uzun instrumental giriş edirlər. Mən isə birbaşa qəzəllə başladım. Kişi sonda gəldi və dedi ki, "Oğul, məni bağışla. Dilim qurusun. Mən bilməzdim ki, bu geyimdə belə oxumaq olacaq". ("Yenisabah")
-
Art20:24Niyaməddin Musayevdən maraqlı etiraf
-
Magazin219:48Britni Spirs eks sevgilisinin yeni təklifini rədd etdi
-
Magazin119:12Emin Ağalarov oğlu Mikayılla Dubayda - VİDEO
-
Hadisə17:55Mədəniyyət ictimaiyyəti İlham Əliyevə Zəfər Günü münasibətilə təbrik ünvanladı
-
Avropa17:44Fransa yenə qarışır - Tələbələr küçələrə çıxacaqlar(FOTO)
-
Nida Təhlil 17:02Şəhid atası: "Mənə deyirdi ki, ata, mən də o aslanlardan biri olacağam"
-
Region16:45Simonyan: "Biz niyə türklərlə savaşmalıyıq?"
-
Ekologiya16:28Sabah güclü külək əsəcək - Xəbərdarlıq





































.jpg)
