Rusiya Britaniyanı bombalayarsa... – Keçmiş komandandan ŞOK İDDİA
Bizi izləyin

Avropa

Rusiya Britaniyanı bombalayarsa... – Keçmiş komandandan ŞOK İDDİA

Yeni təhdidlərə qarşı durmaq üçün Britaniya ordusuna fundamental dəyişikliklər lazımdır.

Publika.az “Sputnik” agentliyinə istinadən xəbər verir ki, bu haqda ölkənin Silahlı qüvvələrin Baş qərargahının keçmiş müdiri Nikolas Karter bildirib.

Onun sözlərinə görə, Böyük Britaniya hərbi sferada Rusiya və Çindən geri qalır.

Karter daha əvvəl qeyd edib ki, Londonda Rusiyanın qanadlı raketlərindən müdafiə yoxdur. O, müdafiə xərclərinin azaldılması ilə bağlı hökumətə xəbərdarlıq etmişdi.

Onun sözlərinə görə, Müdafiə Nazirliyi döyüş hazırlığının saxlanılması əvəzinə “vitrini bəzəməyə” çalışır.

“Britaniyanın silahlanmasında gəmilər və təyyarələr var, amma onlar üçün hətta döyüş sursatı tez-tez çatışmır, çünki London Amerika güclərindən asılılığa öyrəşib”, - Karter vurğulayıb.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm