Parisdə Avropadan xərac toplayan 23 çeçen saxlanıldı
Bizi izləyin

Avropa

Parisdə Avropadan xərac toplayan 23 çeçen saxlanıldı

Fransa polisi xüsusi əməliyyatın gedişatında Paris yaxınlığında cinayətkar qruplaşmanın üzvü olan 23 çeçeni saxlayıb.

Publika.az xəbər verir ki, bu haqda “Le Figaro” qəzeti yazıb.

Polisin ifşa etdiyi qruplaşmanın üzvləri Şərqi Avropa ölkələrindən Parisə daxil olan yük avtomobilləri və avtobuslardan 200 avro tələb edirdilər. Pulu ödəməkdən imtina edən sürücülər ilə döyülürdü. Cinayətkarlar bir ay ərzində təxminən 200 min avro “vergi” toplayıb.

Əməliyyata hazırlıq bir neçə həftə çəkib. Çeçenlərin saxlanılması isə üzrə əməliyyat isə pulun toplanılması zamanı keçirilib.

Saxlanılan şəxslərin vətəndaşlığı açıqlanmayıb. Rusiyanın Fransadakı səfirliyi isə hadisəni şərh etməkdən imtina edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm