ABŞ və Böyük Britaniya arasında “F-35” QARŞIDURMASI
Bizi izləyin

Avropa

ABŞ və Böyük Britaniya arasında “F-35” QARŞIDURMASI

Amerika və Böyük Britaniya hərbçiləri arasında münasibətlər “F-35” qırıcılarının alınması ətrafında mübahisəyə görə pisləşə bilər.

Publika.az xəbər verir ki, bu haqda Böyük Britaniyanın Müdafiə Nazirliyindəki mənbəyə istinadən “Sky News” telekanalı bildirib.

London qırıcıların “B” (dəniz əsaslı) tipindən 138 ədəd almağı planlaşdırırdı. Ancaq telekanalın mənbəyi bildirib ki, Kral Hərbi-Hava Qüvvələrinin rəhbərliyi onlardan bir hissəsini “A” (yerüstü əsaslı)) tipli qırıcılarla əvəz etməyə hazırlaşır.

“Sky News” qeyd edir ki, Britaniya hərbçiləri, ola bilər ki, pula qənaət etməyə çalışırlar. Belə ki, “B” tipli “F-35”-lər 90, “A” tipli qırıcılar isə 70 milyon funt-sterlinq dəyərindədir.

Telekanalın mənbəyi qeyd edib ki, ancaq dəniz əsaslı qırıcıların sayında ediləcək dəyişiklik Böyük Britaniyanın təyyarədaşıyan proqramını pozacaq. Onun sözlərinə görə, eskadrilyaların sayı azalacaq. Mənbə hesab edir ki, belə addım Vaşinqtonla münasibətləri korlayacaq.

“Əgər britaniyalılar döyüş əməliyyatları zonasında döyüş bacarığı olan təyyarədaşıyansız meydana çıxarsa, onda bu, bizim hərbi imkanlarımızı tamamilə etibardan salacaq. Əgər Kral Hərbi-Hava Qüvvələri “A” tipli “F-35” qırıcıları alacaqsa, onda bu faktiki olaraq ABŞ-ın gözlərində böyük xəyanət kimi görünəcək”, - mənbə bildirib.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm