Mançesterdə 3 nəfər bıçaqlandı
Bizi izləyin

Avropa

Mançesterdə 3 nəfər bıçaqlandı

Böyük Britaniyanın Mançester şəhərində yeni il gecəsi bıçaqlanma hadisəsi baş verib.

Viktoriya metro stansiyasında baş verən hadisə zamanı 3 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb, vəziyyətləri ağırdır. Yaralılardan birinin polis məmuru olduğu bildirilir.

Hadisəni törədən 25 yaşlı şəxs polis tərəfindən tutularaq istintaqa cəlb olunub. Polisdən verilən məlumata görə, şübhəlinin terror təşkilatına aid olması araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm