İŞİD-in 7 il əvvəl oğurladığı jurnalist SAĞDIR
Bizi izləyin

Avropa

İŞİD-in 7 il əvvəl oğurladığı jurnalist SAĞDIR

İŞİD terror qruplaşması tərəfindən yeddi il əvvəl Suriyada oğurlanmış britaniyalı jurnalist Con Kentli hələ də sağdır.

Publika.az xəbər verir ki, bu barədə The Guardian qəzeti Böyük Britaniya Daxili İşlər Nazirliyinin bəyanatına istinadla məlumat yayıb.

Nəşrin məlumatına əsasən, Britaniya DİN rəhbərinin təhlükəsizlik məsələləri üzrə müavini Ben Uolles jurnalistlərlə görüşündə təfərrüatlara varmaqdan imtina edib. O, həmçinin terrorçuların jurnalisti hazırda harada saxladıqları barədə də informasiya verməyib.

The Sunday Times qəzetinin fotomüxbiri Con Kentli 2012-ci ilin iyulunda əsir götürülmüşdü.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm