Dmitri Peskovun qızı Avropa Parlamentini ayağa qaldırdı - Ölkələr təşviş içində
Bizi izləyin

Avropa

Dmitri Peskovun qızı Avropa Parlamentini ayağa qaldırdı - Ölkələr təşviş içində

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskovun qızı Yelizaveta Peskova Avropa Parlamentində qalmaqala səbəb olub.

Publika.az xəbər verir ki, Yelizaveta Peskovanın Avropa Parlamentində fransalı millət vəkili Aymerik Çaupradenin yanında tərcüməçi kimi işləməsi və AP-yə aid bilgiləri sızdırması ortaya çıxıb.

Rusiya ilə Avropa İttifaqı arasında son zamanlarda gərginləşən münasibətlər səbəbilə bu olayın da ifşa olunması parlamentdə təşviş yaradıb. Başqa ölkələrin millət vəkilləri fransalı həmkarlarının Rusiyanın hakim orqanları ilə birbaşa əlaqəsi olan birinə bu qədər haqq tanımasını məsuliyyətsizlik adlandırıb və onu sərt tənqid ediblər.

Fransalı parlamentari Aymerik Çauprade daha öncə Fransada radikal sağçı liderlərdən olan Marin Le Pen ilə birlikdə işləyib. Ötən gün də İtaliyanın daxili işlər naziri Matteo Salvini ilə Rusiyanın baş nazir müavini Dmitri Kozakın görüşməsi və radikal sağçı partiyanın Rusiya tərəfindən maliyyələşməsi mövzusunda razılaşması ortaya çıxmışdı. Ard-arda baş verən bu iki durum Avropa İttifaqında “Rusiya qorxusu” yaradıb. Xüsusilə, Rusiyanın radikalları dəstəkləməsi bu qığılcımı alovlandıran səbəblərdən olub.

Aİ-nin Brüsseldə yerləşən Avropa İttifaqı Xarici Münasibətlər Xidməti daxili təhlükəsizlik xidmətinin verdiyi kəşfiyyat məlumatı əsasında Belçikanın paytaxtında təxminən, 250 çinli, 200 rus casusunun olduğunu açıqlamışdı.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm