Ukraynanın taleyi bu tarixdə həll olunacaq
Bizi izləyin

Avropa

Ukraynanın taleyi bu tarixdə həll olunacaq

Ukraynanın yeni prezidenti mandatına 21 apreldə aydınlıq gələcək.

Publika.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının rəhbəri Tatyana Slipaçuk seçkilərdə namizədlərdən hər hansı birinin 50%-dən çox səs toplamadığını açıqlayıb.

Slipaçuk keçirdiyi mətbuat konfransında səslərin hesablanmasının davam etdiyini, lakin gözlənilməz nəticə ilə qarşılaşmayacaqlarını bildirib.

Ukraynada ölkə miqyasında 62,78% seçici fəallığı qeydə alınıb. Yerli vaxtla saat 12:30-da səslərin 72,09%-i hesablanıb. Nəticəyə görə, Vladimir Zelenski 30,44% səslə birinci, Pyotr Poroşenko 16,15% səslə ikinci, Yuliya Timoşenko isə 13,16% səslə üçüncü olub.

Qeyd edək ki, ikinci turda aktyor-şoumen Vladimir Zelenski və hazırkı prezident Pyotr Poroşenko mübarizə aparacaq.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm