Britaniya parlamenti Meyin “Brexit” planını bəyəndi
Bizi izləyin

Avropa

Britaniya parlamenti Meyin “Brexit” planını bəyəndi

Böyük Britaniya parlamentinin İcmalar Palatası “Brexit”in 12 apreldən 30 iyun tarixinə keçirilməsi ilə bağlı baş nazir Tereza Meyin planını bəyənib.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, 420 parlament üzvü plana səs verib, 110-u ona qarşı çıxıb.

Qeyd edək ki, Mey daha əvvəl Avropa İttifaqından “Brexit”in 30 iyuna keçirilməsini xahiş edib. Avropa İttifaqı isə uzadılmanın qarşılıqlı variantını təklif edir: növbəti il martın sonuna kimi. Yekun qərar aprelin 10-da Avropa Şurasının iclasında qəbul ediləcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm