ABŞ-ın 2,4 milyon məxfi sənədini ifşa edən şirkət rəhbəri 7 ildən sonra tutuldu
Bizi izləyin

Avropa

ABŞ-ın 2,4 milyon məxfi sənədini ifşa edən şirkət rəhbəri 7 ildən sonra tutuldu

“Wikileaks” şirkətinin qurucusu Culian Assanj həbs edilib.

Publika.az xəbər verir ki, Assanj Ekvadorun Londonda yerləşən səfirliyinin binasında polis tərəfindən saxlanılıb.

O, 2012-ci ildən Ekvadorun Britaniyadakı səfirliyinə sığınmışdı. Lakin son zamanlar Assanjla Ekvador prezidenti arasında münasibətlər gərginləşib. İngiltərə fürsətdən istifadə edib və Ekvadorla razılığa gələrək şirkət rəhbərini səfirliyin binasında həbs edib.

Qeyd edək ki, C.Assanj 2012-ci ildə “Wikileaks”də ABŞ-a aid 2,4 milyon məxfi sənədi dərc edib. Bundan sonra İsveç onu beynəlxalq axtarışa verib. Buna səbəb kimi C.Assanjın 2010-cu il avqustun 20-də İsveçdə bir qadına qarşı cinsi zorakılıq əməli törətməsi göstərilib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm