Zelenskinin NATO və Avropa İttifaqı PLANI: 30 gün içində...
Bizi izləyin

Avropa

Zelenskinin NATO və Avropa İttifaqı PLANI: 30 gün içində...

Ukraynanın yeni seçilmiş dövlət başçısı Vladimir Zelenskinin mətbuat katibi Svyatoslav Yuraş yeni prezidentin izləyəcəyi xarici siyasət məsələləri ilə bağlı açıqlamalar verib.

Publika.az xəbər verir ki, Yuraş bu barədə “NewsOne” televiziyasına danışıb.

Mətbuat katibi bildirib ki, Zelenski sabiq prezident Pyotr Poroşenkonun NATO və Avropa İttifaqına qatılmaq siyasətini davam etdirəcək.

“Seçki kampaniyasında Avropa-Atlantik mövqeyimizi daim dilə gətirdik. Bununla bağlı siyasi istiqamətimizi davam etdirəcəyik. Zelenski and içəndən sonrakı ilk 100 gündə izlənəcək xarici siyasətin hazırlıqları aparılır” – mətbuat katibi qeyd edib.

Ukrayna Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin nəticələrini aprelin 30-da açıqlamışdı. Qanuna görə, Zelenski rəsmi açıqlamadan sonra ilk 30 gün ərzində vəzifəsinin icrasına başlamalıdır. O, mayın 19-da and içmək istəyir. Dəqiq tarixi isə Ukrayna parlamenti müəyyən edəcək.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm