Zelenski bu tarixdə and içəcək
Bizi izləyin

Avropa

Zelenski bu tarixdə and içəcək

Ukraynanın yeni seçilmiş prezidenti Vladimir Zelenskinin andiçmə mərasiminin tarixi bəllidir.

Publika.az xəbər verir ki, Zelenskinin inauqurasiya mərasimi 20 mayda baş tutacaq.

Qərar Ukrayna Ali Radası tərəfindən verilib.

Qeyd edək ki, Ukraynada prezident seçkilərinin birinci mərhələsi martın 31-də baş tutub. 39 namizəddən heç biri 50%-dən çox səs toplaya bilmədiyi üçün seçkilərin ikinci mərhələsi keçirilib. Aprelin 21-də baş tutan son turda Zelenski son prezident Pyotr Poroşenkoya qalib gəlib. Aprelin 30-u Ukrayna Mərkəzi Seçki Komissiyası V.Zelenskini rəsmi olaraq prezident seçkilərinin qalibi elan edib.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm