Polşa avroya keçməyə tələsmir
Bizi izləyin

Avropa

Polşa avroya keçməyə tələsmir

Polşa Mərkəzi Bankının rəhbəri Adam Qlapinski ölkəsinin milli valyutadan imtinasına qarşıdır.

Publika.az Azərtac-a istinadən xəbər verir ki, Polşa Mərkəzi Bankının rəhbəri bu barədə fikrinin qəti olduğunu bildirib. O deyib ki, milli valyuta zlotıdan imtina ölkə iqtisadiyyatının dinamik inkişafına zərbə vurar. "Bu vəzifədə olduğum müddətdə ölkəmin avroya keçidinə imkan verməyəcəyəm", - deyə A.Qlapinski bildirib.

Xatırladaq ki, Polşa 2004-cü ildən Avropa İttifaqının üzvü olsa da, ölkədə avro deyil, milli valyuta zlotı dövriyyədədir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm