Britaniyadan İrana qarşı AĞIR İTTİHAM
Bizi izləyin

Avropa

Britaniyadan İrana qarşı AĞIR İTTİHAM

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi Oman körfəzində tankerlərə hücumda İran İslam İnqilabı Keşikçilər Korpusunu (SEPAH) ittiham edib.

Publika.az “Rİ-Novosti” agentliyinə istindən xəbər verir ki, bu barədə Britaniya xarici siyasət idarəsinin bu gün yaydığı bəyanatında bildirilir.

İdarə həmçinin iddia edir ki, İran daha əvvəllər də neft tankerlərinə hücumları edirdi.

Qeyd edək ki, ötən gün Oman körfəzində “Front Altair” və “Kokuka Courageous” adlı iki neft tankerinə hücum olub. Bəzi məlumatlara görə, gəmilərdə baş verən partlayışlar və yanğının səbəbi torpeda hücumudur. Ancaq bu versiya hələlik rəsmi təsdiqini tapmayıb.

“Front Altair Tayvanın “CPC Corp” dövlət şirkəti üçün sifarişi yerinə yetirirdi və 75 min ton neft daşıyırdı. İkinci tanker isə yapon şirkətinə aiddir. O metanol daşıyırdı.

Daha əvvəl ABŞ Oman körfəzinə neft tankerlərinə görə hücumlarda İranı ittiham edib. Vaşinton sübutların, hətta onlarda bunu təsdiq edən videonun olduğunu iddia edir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm