Parlamentə 199 deputat gedəcək - İşğal olunmuş torpaqlarda seçkilər üçün...
Bizi izləyin

Avropa

Parlamentə 199 deputat gedəcək - İşğal olunmuş torpaqlarda seçkilər üçün...

Ukraynada növbədənkənar parlament seçkiləri keçiriləcək.

Publika.az xəbər verir ki, yeni prezident Vladimir Zelenskinin mövcud parlamenti buraxması səbəbilə sabah ukraynalılar yeni millət vəkillərini seçmək üçün sandıq başına keçəcək.

"Verkovna Rada" adlandırılan 450 mandatlı parlamentə seçki sisteminə görə 225 millət vəkili siyasi partiyaların namizəd siyahısından, qalan millət vəkilləri ilə “seçim bölməsi” siyahısından girəcək.

Rusiyanın nəzarətinədki Krımda və separatçıların idarə etdiyi Donbasda, ümumilikdə, 26 bölgədə sandıq açılmayacaq. Burada səsvermə keçirilməyəcəyi üçün bölgələrdən parlamentə 199 deputat gedəcək.

Seçkilərdə partiyalar üçün 5%-lik keçid tətbiq ediləcək.

Ukrayna Mərkəzi Seçki Komissiyasının bilgisinə görə, seçkilərdə 22 siyasi partiyanın siyahısından 2746 namizəd mübarizə aparacaq. 199 seçki bölgəsi siyahısında isə 3085 namizəd yer alacaq.

Anketlərə görə, Zelenskinin “Xalqın Xidmətçisi” partiyası 49,5%, Rusiya tərəfdarı “Həyat üçün Müxalifət” platforması 10,5%, sabiq prezident Pyotr Poroşenkonun “Avropa Dirənişi” partiyası 7,7% səs toplayacaq.

Qeyd edək ki, Vladimir Zelenski vəzifəyə keçdikdən bir neçə saat sonra parlamenti buraxdığını elan etmişdi.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm