Consona növbəti ŞOK: Lordlar Palatası təsdiqlədi, kraliça...
Bizi izləyin

Avropa

Consona növbəti ŞOK: Lordlar Palatası təsdiqlədi, kraliça...

Böyük Britaniya parlamentinin Lordlar Palatası Avropa İttifaqı ilə razılaşmasız “Brexit”in qadağası haqqında qanun layihəsini bəyənib.

Publika.az xəbər verir ki, bu haqda “Röyters” agentliyi bildirib.

Razılaşma olmayacağı halda, Birləşmiş Krallığın Avropa İttifaqından çıxışı üç ay - 2020-ci il 31 yanvar tarixinə qədər təxirə salınacaq. Sənədin sentyabrın 9-da kraliça tərəfindən təsdiqlənəcəyi gözlənilir.

Qeyd edilir ki, baş nazir Boris Conson sənədə qarşı çıxır. O, 31 oktyabr tarixinə kimi raşılaşma, yaxud da razılaşmasız “Brexit”in həyata keçiriləcəyini açıqlamışdı.

Qanun layihəsini Britaniya parlamentinin İcmalar Palatası sentyabrın 4-də qəbul edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm