Avstriyada seçkilərin qalibi məlum oldu
Bizi izləyin

Avropa

Avstriyada seçkilərin qalibi məlum oldu

Avstriyada keçirilən növbədənkənar parlament seçkilərində Sebastian Kurtsun rəhbərlik etdiyi mühafizəkar Avstriya Xalq Partiyası qələbə qazanıb.

Publika.az "RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə seçki prosesinə cavabdeh olan Daxili İşlər Nazirliyi bildirib.

Avstriya Xalq Partiyası 38,4 faiz səs toplayıb. Sonrakı yerləri Avstriya Sosial-Demokratlar Partiyası (21,5) və sağçı Avstriya Azadlıq Partiyası (17,3) tutub.

Nəticələrə hələ erkən səs vermə daxil edilməyib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm