Avropa İttifaqı Şurasından Rusiyaya zərbə: 31 iyula qədər...
Bizi izləyin

Avropa

Avropa İttifaqı Şurasından Rusiyaya zərbə: 31 iyula qədər...

Avropa İttifaqı Şurası Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyaların müddətini uzadıb.

Publika.az xəbər verir ki, sanksiyalar 31 iyul 2020-ci il tarixinə qədər qüvvədə qalacaq.

Qadağa maliyyə, energetika, müdafiə sənayesi sektorları ilə yanaşı, cüt istifadəlik məhsulları da əhatə edir.

Qərar Avropa İttifaqının “Rəsmi Qəzet”ində yayımlandıqdan sonra qüvvəyə minəcək.

Şura, Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyaların müddətini Minsk razılaşmalarına görə uzadıb. Çünki Rusiya Ukraynadakı qarşıdurmalara və Minsk razılaşmalarına tərəfdar olmadığını dəfələrlə açıqlayıb.

Bəzi Aİ ölkələri Rusiya ilə ticarətin zərər görməsi səbəbilə sanksiyaların aradan qaldırılmasını tələb etsə də, Brüssel rəsmi Moskvaya təzyiq göstərməyə davam edir.

Qeyd edək ki, Aİ 2014-cü ildə Ukraynada başlamış vətəndaş müharibəsindən sonra Rusiyaya iqtisadi məhdudiyyətlər tətbiq etməyə başlamış, daha sonra sanksiyaları dəfələrlə genişləndirmişdi. Bu qadağalar hər 6 aydan bir yenilənir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm