Avropa
Fransa prezidentindən böyük jest - Ömürlük postdan və puldan imtina etdi
Fransa Prezidenti Emmanuel Makron ölkə başçısı vəzifəsinin müddəti bitdikdən sonra dövlət tərəfindən ona ayrılacaq təqaüddən imtina edib.
Məlumatı Yelisey Sarayındakı mənbəyə istinadən “Parisien” nəşri yayıb.
Qeyd edilir ki, Makron prezident postunda birinci müddətin tamamlanmasından sonra müəyyən edilmiş ödənişlərdən, həmçinin ikinci müddətə yenidən seçilmə vaxtı Fransa liderinə nəzərdə tutulan məbləğdən imtina etmək barədə qərar qəbul edib.
Bundan başqa, Fransanın dövlət başçısı Konstitusiya Şurasında qanunla ona düşən ömürlük postdan da imtina edib.
Makronun qərarı dövlət başçısının “ölkədəki vəziyyətə uyğun olaraq hərəkət etmək” arzusu ilə izah olunur.
Xatırladaq ki, 3 həftədir Fransada yeni pensiya islahatlarına qarşı tətillər və etirazlar davam edir.
-
Region01:50
İranda qadın alveri və intim xidmətlər barədə ŞOK FAKTLAR - VİDEO
-
İdman01:08
"Real" ÇL-nin finalında! - VİDEO/YENİLƏNDİ
-
Region00:45
Putinlə Paşinyanın görüşü başa çatdı - YENİLƏNDİ
-
Qoroskop00:35
Günün qoroskopu: nüfuzlu insandan dəstək ala bilərsiniz
-
Hadisə8 May 23:34
Xırdalanda küçə itləri qadını dişlədi - ANBAAN VİDEO
-
Hadisə8 May 21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop8 May 20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin18 May 19:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı