İşdə siqaret çəkməyənlərə əlavə istirahət günləri verilir - QƏRAR
Bizi izləyin

Avropa

İşdə siqaret çəkməyənlərə əlavə istirahət günləri verilir - QƏRAR

İngiltərənin Svindon qəsəbəsində yerləşən şirkətlərdən birində tətbiq edilən iş rejimi ölkədə gündəm olub.

Publika.az xəbər verir ki, şəhərdə insan resursları sahəsində məsləhətçi şirkət kimi tanınan firmaya rəhbərlik edən Don Brayden işdə siqaret çəkməyən əməkdaşlarına əlavə 4 gün istirahət verib.

Belə ki, iclas keçirən şirkət rəhbəri hər gün hansı işçilərin siqaret çəkməsini izlədiyini və onların gün ərzində 7-10 ədəd siqaret çəkdiyini və hər dəfə siqaret çəkmək üçün binanı tərk edərkən 10 dəqiqəyə yaxın vaxt itirdiklərini deyib. Digər işçilərin isə həmin vaxt kəsiyində ofisdə işlərini davam etdirdiyini, telefonla zəngləri cavablandırdığını və protokollar yazdığını deyən iş adamı siqaret çəkməyənlərin daha faydalı olduğunu bildirərək onlara əlavə 4 istirahət günü verib.

Don Breydenin tətbiq etdiyi sistem rəhbərlik etdiyi şirkətdə və ölkə ictimaiyyətində müsbət qarşılanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm