Ölkə sel altında qaldı: ölənlər və itkin düşənlər var
Bizi izləyin

Avropa

Ölkə sel altında qaldı: ölənlər və itkin düşənlər var

Böyük Britaniyada bir neçə gündür tüğyan edən “Dennis” fırtınası bəzi bölgələrdə selə səbəb olub.

Publika.az xəbər verir ki, təbii fəlakət nəticəsində 3 nəfər ölüb, 3-ü isə itkin düşüb.

Yerli mətbuatda dərc edilən xəbərlərə görə, ölənlərdən 2-si Kent şəhərində dənizdə olub, 1-i isə Uelsdə çaya düşüb.

Fırtına ən çox Uelsdə zərərə səbəb olub. Bu bölgədə su son 40 ildəki ən yüksək səviyyəsinə çıxıb.

BBC mindən çox evin su altında qaldığını bildirib. Bir çox dəmiryolu səfəri ləğv edilib, bəzi magistral yollar istifadəyə bağlanıb. Bəzi bölgələrdə 48 saat ərzində 1 aylıq normada yağış yağıb. Küləyin sürəti 140 km/saata çatıb.

Britaniya miqyasında 634 nöqtədə sel xəbərdarlığı edilib. Hökumət 7 bölgə üçün fövqəladə vəziyyət büdcəsi ayırıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm