Alman ekspertlərdən şok proqnoz: Qıtlıq yaranacaq...
Bizi izləyin

Avropa

Alman ekspertlərdən şok proqnoz: Qıtlıq yaranacaq...

Almaniyalı ekspertlər tüğyan edən koronavirus pandemiyasının fəsadlarından biri kimi ərzaq qıtlığı yarana biləcəyini proqnozlaşdırırlar.

Publika.az Axar.az-a istinadən xəbər verir ki, həmin proqnozu verən ekspertlər Avropa İttifaqı rəhbərliyini və üzv dövlətlərin hökumətlərini bu mövzunun öyrənilməsinə ciddi yanaşmağa çağırıblar.

Proqnoz verən alimlər hesab edir ki, dünyanın idxal-ixrac şəbəkəsinin və daxili bazarın parçalanması kənd təsərrüfatı işlərinin iflası ilə nəticələnə bilər. Ölkə bir müddət özünün strateji ehtiyatlarından istifadə edəcək. Bəs sonra nə baş verəcək? Axı tərəvəzi, taxıl bitkilərini yetişdirmək, heyvandarlıq məhsullarını istehsal etmək yalnız əhalinin tam məşğulluğu şərtilə mümkündür. Sıra xəttinin hər hansı komponenti pozulduqda isə bunun fəsadları dərhal özünü göstərir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm