İtaliyada körpü çökdü: yaralı var
Bizi izləyin

Avropa

İtaliyada körpü çökdü: yaralı var

İtaliyanın şimal-qərb sərhədində yerləşən SP70 nömrəli körpü çöküb.

Publika.az xəbər verir ki, hadisə nəticəsində 1 nəfər yaralanıb.

Xəsarət alan şəxs avtobus sürücüsüdür.

Maqra çayının üzərində qurulan körpünün çökmə səbəbi məlum deyil.

Qeyd edək ki, mühəndislik və inşaat sahələrində, xüsusilə, quru yolları, tunel və körpü inşası baxımından dünyanın lider ölkələrindən olan İtaliyada bənzər hadisələr tez-tez yaşanır. Bugünkü hadisədən başqa, son 3 ildə 5 körpü çöküb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm