Pandemiya ilə uzun müddət yaşamaq məcburiyyətində qalacağıq - Merkel
Bizi izləyin

Avropa

Pandemiya ilə uzun müddət yaşamaq məcburiyyətində qalacağıq - Merkel

“Koronavirus pandemiyası ilə uzun müddət yaşamaq məcburiyyətində qalacağıq”.

Publika.az xəbər verir ki, bunu Almaniya kansleri Angela Merkel federal parlamentdəki çıxışında deyib.

“Vətəndaşlar tədbirlərdən dolayı çətinlik çəkir. Amma biz hələ pandemiyanın başlanğıcındayıq, son mərhələsini yaşamırıq. Koronavirus ilə uzun müddət yaşamaq məcburiyyətində qalacağıq. Görülən tədbirlər mənə də təsir edir. Lakin bu dövrdə qarşılıqlı etibar əhəmiyyətlidir”.

Merkel çıxışında peyvənd hazırlamaq üçün beynəlxalq əməkdaşlıq səviyyəsində görülən işləri də müsbət qiymətləndirib: “Elmin milliyyəti olmaz, insanlığa xidmət edir. Buna görə də peyvənd tapılanda hamıya verilməlidir və qiyməti uyğun olmalıdır”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm