COVID-19 uşaqlar arasında bu xəstəliyə səbəb olur - 3 həftə ərzində...
Bizi izləyin

Avropa

COVID-19 uşaqlar arasında bu xəstəliyə səbəb olur - 3 həftə ərzində...

Böyük Britaniyada COVID-19 pandemiyası ilə əlaqəli olaraq uşaqlar arasında toksiki şoka bənzər iltihablanma qeydə alınıb.

Publika.az xəbər verir ki, bu tapıntı mütəxəssisləri hərəkətə keçirib.

Milli Səhiyyə Sistemi (NHS) xəstəxanalara hazırlıqlı olmaları üçün xəbərdarlıq göndərib.

“Daily Mail” qəzetinin dərc etdiyi xəbərdarlıqda “COVID-19 virusuna bağlı olaraq uşaqlarda yayılan qızdırma sindromu təşvişi artmaqdadır. Son 3 həftədə başda paytaxt London olmaqla, bir çox bölgədə artım diqqət çəkir. Bu xəstələr reanimasiya şöbələrində müalicə olunmalıdır” ifadələri qeyd olunub.

Uşaqlar arasındakı bu xəstəlikdə şiddətli qarın ağrısı, həzm sistemi problemləri, dil və dəridə qızartılar, şişkinlik, tənəffüs çatışmazlığı müşahidə edilir. Durum koronavirusla əlaqələndirilsə də, xəstəliyə yoluxanların bəzilərinin COVID-19 testi neqativ çıxıb. Xəstəliyə yoluxan uşaqların sayı isə açıqlanmayıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm