Ölümcül təhlükə ABŞ-dan Avropaya keçdi: ölən var
Bizi izləyin

Avropa

Ölümcül təhlükə ABŞ-dan Avropaya keçdi: ölən var

Koronavirus pandemiyasından ən çox zərər görən ölkələri indi də “qatil arılar” təhdid edir.

Publika.az xəbər verir ki, ötən həftələrdə ABŞ-da rast gəlinən “Vespa mandarinia” adlandırılan Asiya tipli eşşək arıları İspaniyaya qədər gedib çıxıb.

Nəhəng arılar ölkənin cənub-qərbindəki Qalisiya muxtar bölgəsində 1 nəfərin ölümünə səbəb olub. Ölən şəxs Villestro şəhərinin 54 yaşlı sakinidir.

Kibrit qutusu böyüklüyündə olan arılar bir neçə saat ərzində digər bütün arı növlərinin başını kəsməsi və dişləyi ilə insanları öldürməsilə məşhurdur.

“Nyu York Tayms”ın xəbərinə görə, Yaponiyada hər il 50 nəfər bu arıların sancması nəticəsində ölür.

Amerikalı mütəxəssislər bu arıları ekosistemə təhdid hesab edir. Belə ki, eşşək arısı koloniyası bir neçə saat ərzində 30 minə yaxın yararlı arını məhv edə bilir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm