Türkiyədən Donbasda əldə edilən atəşkəslə bağlı İLK REAKSİYA
Bizi izləyin

Avropa

Türkiyədən Donbasda əldə edilən atəşkəslə bağlı İLK REAKSİYA

"Türkiyə tərəfi Ukraynanın şərqində uzunmüddətli atəşkəs üçün əlavə tədbirlərə dair ATƏT-in üçtərəfli əlaqə qrupu çərçivəsində əldə olunan razılaşmanı məmnunluqla qarşılayır".

Publika.az xəbər verir ki, bu fikirləri Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Hami Aksoy deyib.

O bildirilib ki, Türkiyə bundan sonra da Ukraynanın ərazi bütövlüyünün qorunması və Minsk anlaşması çərçivəsində bölgədə sülhün təmin olunması üçün cəhdlərini davam etdirəcək.

Qeyd edək ki, Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Vladimir Zelenski arasındakı son telefon danışığı zamanı dövlət başçıları Donbasda atəşkəslə bağlı əldə edilən razılığı müsbət qiymətləndiriblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm