Lukaşenko İLK AÇIQLAMASINI verdi: 80 faiz səs toplamağına baxmayaraq...
Bizi izləyin

Avropa

Lukaşenko İLK AÇIQLAMASINI verdi: 80 faiz səs toplamağına baxmayaraq...

“Bu, bayramdır”.

Publika.az xəbər verir ki, bu sözləri 6-cı dəfə Belarus Prezidenti seçilən Aleksandr Lukaşenko seçkilərin rəsmi nəticələri açıqlandıqdan sonrakı ilk çıxışında deyib.

Seçkilərdən sonrakı dinc etiraz aksiyalarına şərh verən Lukaşenko bildirib ki, etirazçılara xaricdən nəzarət olunur: “Dediklərimin hamısı təsdiqləndi. Kimsə inanmırdısa, indi inandı. Bu qarışıqlığı üzərimizə atmağa çalışırlar. Mən xəbərdarlıq etdim. Kim nə qədər istəsə də, “Maydan” təkrarlanmayacaq. Buna görə də sakitləşmək lazımdır”.

Lukaşenko qeyd edib ki, seçki prosesi ərəfəsində yerli xüsusi xidmət orqanları Polşa, Böyük Britaniya, Çexiya, Ukrayna və Rusiyadan gələn zəngləri arxivləşdirib.

Prezidentin sözlərinə görə, etiraz aksiyasının təşkilatçıları insanları küçələrə çıxaraq hakimiyyət orqanları ilə danışıqlar aparmağa çağırır: “Yəni hakimiyyət başında olan Lukaşenko 80 faiz səs toplamağına baxmayaraq, könüllü olaraq hakimiyyəti əleyhdarlarına təhvil verməlidir. Belarusda danışıq aparılmalı vəziyyət yoxdur”.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm