Bu şəxslər koronavirusu 6 dəfə az yoluxdurur - ARAŞDIRMA
Bizi izləyin

Avropa

Bu şəxslər koronavirusu 6 dəfə az yoluxdurur - ARAŞDIRMA

Barselona ərazisində yerləşən 22 yay düşərgəsində 1900 uşaq və nəzarətçi arasında aparılan tədqiqat onların bütövlükdə əhali ilə müqayisədə koronavirusu 6 dəfəyədək az ötürmək qabiliyyətinə malik olduqlarını nümayiş etdirib.

Bu, hazırda həddi-büluğa çatmayanlar arasında virusun ötürülməsi dinamikasını öyrənən başlıca və bu günədək aparılan ən iri beynəlxalq tədqiqatın nəticəsidir. Tədqiqat Kataloniya paytaxtındakı San-Xuan-de-Deu uşaq xəstəxanasının komandası tərəfindən aparılıb. Müəlliflər “mühiti assimilyasiya edən və ya məktəbə oxşayan” obyekt kimi yay düşərgələrini seçiblər. Tədqiqat 5 həftə ərzində keçirilib, xəstəxana əməkdaşlarından ibarət qrup hər həftə düşərgəyə gəlib və polimeraz zəncirvari reaksiyanın aparılması üçün selik nümunələri götürüblər.

Əllərin yuyulmasına gəlincə, ekspertlər vurğulayırlar ki, düşərgələrdə əllərin yuyulması tez-tez, daha dəqiq desək, gündə 5 dəfədən çox aparılıb. Yoluxma səviyyəsi sıfır və daha aşağı olub. Buna görə də bu, nəzərə alınacaq çox vacib tədbirdir.

Bu tədqiqat, həmçinin tədris ili başlanana qədər ilkin nəticələri əldə etmək məqsədi daşıyıb.

Bu tədqiqatın nəticələri artıq ÜST-yə və Avropa Xəstəliklərin Profilaktikası və Nəzarəti Mərkəzinə təqdim edilib.

Sözügedən tədqiqat bir neçə ay ərzində pandemiyanın uşaqlara təsirini və virusun ötürülməsi dinamikasında bu əhali qrupunun rolunu öyrənən “Kids Corona” platformasının bir hissəsidir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm