
Almaniya Federativ Respublikası Kansleri Departamentinin inzibati binasına avtomobil çırpılıb.
Publika.az xəbər verir ki, bu barədə “Röyters” hadisə şahidlərinə istinadən məlumat yayıb.
Hadisə yerinə təcili yardım briqadaları gəlib.
Polis əməkdaşları iqamətgahın qapısına çırpılan avtomobili yoxlanışdan keçirir.
Qeyd edək ki, Almaniya kansleri Angela Merkelin bu gün koronavirusla mübarizə mövzusunda yerli hakimiyyət orqanlarının nümayəndələri ilə video-konfrans formatında görüşü planlaşdırılırdı.
Car seen crashing into gate of Merkel's office in Berlin pic.twitter.com/yCmjsncVFV
— Reuters (@Reuters) November 25, 2020
Zümrüd