Qarabağ müharibəsində ölüm saçan PUA-lara daha bir ölkə elçi düşdü
Bizi izləyin

Avropa

Qarabağ müharibəsində ölüm saçan PUA-lara daha bir ölkə elçi düşdü

Türkiyə Ukrayna ordusu üçün dron istehsal edəcək.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə naziri Endri Taran danışıb.

O bildirib ki, Ukraynanın Hərbi Dəniz Qüvvələrinin imkanlarını köklü şəkildə gücləndirmək üçün layihələr hazırlanıb. Bu çərçivədə Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün korvet və pilotsuz hücum təyyarələri sistemlərinin texnologiyası və istehsalının ötürülməsinə dair Türkiyə şirkətləri ilə müqavilələr imzalanıb.

Sənəd Türkiyənin Müdafiə Sənayesi naziri İsmayıl Dəmirin başçılıq etdiyi Türkiyə nümayəndə heyətinin Ukraynaya səfəri zamanı imzalanıb.

Ukraynalı nazirin sözlərinə görə, bunlar Ukrayna hərbi departamentinin hərbi mallarla bağladığı ilk sövdələşmədir.

Qeyd edək ki, Kiyev 2019-cu ildə Türkiyənin “Roketsan” şirkətindən MAM-L yüksək dəqiqlikli bombalarla təchiz edilməsi planlaşdırılan “Bayraktar TB2” pilotsuz uçuş vasitələri alaraq testdən keçirib. Qeyri-rəsmi məlumatlara görə, bu müqavilənin məbləği 69 milyon dollar olub.

Xatırladaq ki, “Bayraktar TB2” pilotsuz uçuş aparatları Qarabağ uğrunda gedən Vətən müharibəsində Azərbaycan Ordusu tərəfindən istifadə edildikdən sonra öz potensialını hərtərəfli ortaya qoyub və dünyaca məşhurluq qazanıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm