Dəhşətli virus İtaliyaya da çatdı
Bizi izləyin

Avropa

Dəhşətli virus İtaliyaya da çatdı

İtaliyada COVID-19 xəstəliyinin daha yoluxucu növünə sahib xəstə aşkarlanıb.

Publika.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyinin açıqlamasında deyilir.

Bildirilib ki, Celio Hərbi Poliklinikası Elmi Departamentinin qısa müddət əvvəl İngiltərədən ölkəyə daxil olan xəstədə apardığı test və tədqiqatlar nəticəsində koronavirusun mutasiyaya uğrayaraq daha sürətli yayılan formasına rast gəlinib.

İngiltərədə yayılan daha yoluxucu virus səbəbilə iki ölkə arasındakı uçuşlar 6 yanvara qədər dayandırılıb.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm