SON DƏQİQƏ: Makron Ərdoğana məktub göndərdi
Bizi izləyin

Avropa

SON DƏQİQƏ: Makron Ərdoğana məktub göndərdi

Fransa Prezidenti Emmanuel Makron Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana məktub ünvanlayıb.

Publika.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu bildirib.

Nazirin sözlərinə görə, Makron məktubunda Ərdoğana münasibətləri inkişaf etdirmək istəyindən bəhs edib: “İki gün əvvəl Makronun məktubunu aldıq. Kifayət qədər müsbət idi. Münasibətləri inkişaf etdirmək istəyi, Türkiyəyə verdikləri əhəmiyyətlə yanaşı, Avropa üçün prezidentimizlə görüşməyi arzu etdiyini vurğulayan, gözəl, pozitiv, hətta xitabı türkcə olan məktub aldıq (məktub əl yazısı ilə yazılmış “Dəyərli Tayyib” deyə başlayır). Prezidentimiz də “məmnuniyyətlə görüşərik” dedi. Öncə video-konfrans, daha sonra telefon danışığından bəhs edilir”.

Qeyd edək ki, E.Makron sön dövrlərdə İslam və müsəlmanlara qarşı sərt və təhqiramiz çıxışları ilə Ərdoğanın qəzəbinə səbəb olmuşdu.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm