Bolqarıstanda rekord yoluxma qeydə alındı
Bizi izləyin

Avropa

Bolqarıstanda rekord yoluxma qeydə alındı

Bolqarıstanda sutka ərzində 3004 yeni koronavirusa yoluxma halı baş verib.

Publika.az Bolqarıstanın xəstəliklə əlaqədar yaradılan operativ qərargahına istinadla xəbər verir ki, ölkədə koronavirusa yoluxanların sayı 258 min 385 nəfərə çatıb, 211 min 918 nəfər sağalıb, 10 min 506 nəfər ölüb. Xəstəxanalarda 5463 nəfər yerləşir və 437 nəfər reanimasiyadadır.

Bolqarıstan hökuməti təhlükənin davam etdiyini bildirir və əhalini sanitar normalara riayət etməyə çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm