Britaniyada ilk dəfə ölüm sayı azaldı
Bizi izləyin

Avropa

Britaniyada ilk dəfə ölüm sayı azaldı

Böyük Britaniyada koronavirusa yoluxan insanlar arasında son 24 saat ərzində qeydə alınan ölənlərin sayı 33 nəfər təşkil edib.

Publika.az xəbər verir ki, bu barədə hökumət məlumatları saytında bildirilib.

Məlumata əsasən, bu, keçən il 4 oktyabrdan bəri ən aşağı göstəricidir.

Ölkənin Səhiyyə Nazirliyindən bildirilib ki, ümumilikdə, Böyük Britaniyada 126 min insan koronavirusdan ölüb ki, bu da Avropada ən böyük göstərici sayılır.

Sutka ərzində ölkədə 5,3 min koronavirusa yoluxma faktı qeydə alınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm