Britaniya üçüncü dalğanın astanasında
Bizi izləyin

Avropa

Britaniya üçüncü dalğanın astanasında

Avropada yeni növ koronavirus infeksiyasının üçüncü dalğa təhlükəsi Böyük Britaniya sahillərini də “yuya bilər”.

Publika.az BBC-yə istinadla xəbər verir ki, bunu Böyük Britaniyanın baş naziri Boris Conson bəyan edib.

Baş nazir bildirib ki, ölkəsi köhnə qitədəki yoluxma sayının artmasına hazır olmalıdır.

B. Conson müvafiq açıqlamasını Avropa İttifaqı (Aİ) komissiyasının sədri Ursula fon der Lyayenin Avropada istehsal edilən “AstraZeneca” peyvəndinin İngiltərəyə ixracının qadağan olunacağı barədə xəbərdarlığından sonra verib.

BBC-nin verdiyi məlumata görə, Boris Conson ötən şənbə günü (20 mart – Red) Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Emmanuel Makron ilə telefonla danışıqlar aparıb. Danışıqlarda Avropa Komissiyası rəhbərinin xəbərdarlığı müzakirə edilib.

“Son aylarda aparılan danışıqların nəticələrindən əminəm ki, Avropa Birliyindəki tərəfdaşlarımız blokada yaratmaq istəmirlər”-deyə, Conson bildirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm