İspaniya 4 günlük iş həftəsinə keçir - RAZILIQ VERİLDİ
Bizi izləyin

Avropa

İspaniya 4 günlük iş həftəsinə keçir - RAZILIQ VERİLDİ

İspaniya hökuməti ölkə iqtisadiyyatına xələl gətirmədən dörd günlük iş həftəsinə keçid üzrə tarixdə ən irimiqyaslı eksperimentlərdən birini həyata keçirmək niyyətindədir.

Publika.az "Вloomberg News" agentliyinə istinadla xəbər verir ki, İspaniya Baş naziri Pedro Sançesin hökuməti ümummilli proqrama üç il müddətinə 50 milyon avro məbləğində dövlət vəsaitinin ayrılmasına razılıq verib.

32 saatlıq iş həftəsi planının həyata keçirilməsi təşəbbüsünün müəllifi, eksperimentə 200-ə yaxın şirkəti cəlb etməyi planlaşdıran sol-mərkəzçi “Mas Pais” partiyasının rəhbəri İnigo Errehondur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm