Avropa
Rusiya sərhədboyu əraziyə 150 min QOŞUN YERİTDİ - ŞOK PLAN
Rusiyanın Ukrayna sərhədləri boyu cəmləşdirdiyi qoşunların sayı daha əvvəl açıqlandığı kimi 90-110 min nəfər yox, daha çoxdur. Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Jozep Borrelin ötən gün Brüsseldə keçirdiyi mətbuat konfransında açıqladığına görə, 150 min nəfərdən çoxdur. Brifinq Jozep Borrelin Ukrayna xarici işlər naziri Dmitri Kuleba ilə videokonfrans rejimində keçirilmiş danışıqlarının yekunu olaraq keçirilib. Avropa İttifaqının baş diplomatı deyib ki, Rusiya Ukrayna sərhədlərində və ilhaq edilmiş Krımda özünün qoşun birləşmələrini cəmləşdirməkdə davam edir.
“Biz Ukrayna sərhədlərində Rusiya qoşunlarının sayının artırılmasından çox narahatıq. Hazırda 150 mindən çox canlı qüvvədən ibarət qoşunlar Ukrayna sərhədləri boyu və Krımda cəmləşdirilib. Eskalasiya riski aydındır, ortadadır”, - Borrel deyib.
O, həmin informasiyanın mənbəyini açıqlamayıb, amma deyib ki, qoşunların cəmləşdirilməsi hələ də davam edir və son illərdə ən yuxarı həddə çatıb. Eyni zamanda Borrel “Kiyevi təmkin nümayiş etdirdiyinə görə” tərifləyib, Moskvanı gərginliyi azaltmağa çağırıb.
Rusiyanın Ukrayna sərhədlərinə misli görünməmiş miqdarda qoşun cəmləşdirdiyi bir vaxtda daha əvvəl Moskvaya qarşı sərt bəyanatlar verən Qərbin indi gərginliyi yumşaltmağa çalışdığı hiss olunur. “The Times” nəşri isə yazır ki, Ukrayna ətrafındakı gərginlikdə Rusiya prezidenti Vladimir Putin amerikalı həmkarı Cozef Baydeni geri addım atmağa məcbur edə bildi. Nəşr ABŞ-Rusiya qarşıdurmasında liderliyin hələ də Putində olduğunu bildirir. Və qeyd edir ki, Putin artıq dördüncü Amerika prezidentini “səsini kəsib yerində oturmağa” məcbur edib.
Nəşr Baydenin Putinlə qarşıdurmada mövqelərini nəzərəçarpacaq dərəcədə əldən verməsinin sübutu kimi ABŞ prezidentinin Qara dənizə gəmilər göndərmək barədə sorğusunu geri çəkdiyini göstərir. O cümlədən aprelin 16-da Rusiyaya qarşı tətbiq edilmiş sanksiyalar da güclü təsir bağışlamayıb. (virtualaz.org)
-
Qoroskop16:42
40 yaşından sonra həyatları dəyişəcək bürclər: Pul, ev, karyera...
-
Rəsmi xronika16:00
İlham Əliyev və xanımı Şuşada açılışda iştirak etdilər
-
Sosial15:20
Əməkhaqqı ilə bağlı mühüm dəyişiklik - İyulun 1-dək...
-
Rəsmi xronika14:41
Prezident və birinci xanım Şuşada
-
Dünya14:12
Cəlal Şəngördən şok iddia: Türkiyə bu ölkə ilə birləşəcək
-
Dünya13:52
20 ildən sonra ilk dəfə xəbərdarlıq edildi - Bu gün başlayır, çox təhlükəlidir...
-
İqtisadi gündəm13:27
Türkiyə gündəmi silkələndi: Ərdoğanın vəzifədən azad etdiyi xanım qayıdır
-
Hadisə12:42
Azərbaycanda iki tələbə faciəli şəkildə öldü